×
A
A
A
Sazlamalar

Şahmat üzrə Azərbaycan çempionatında beşinci turun oyunları keçirilib

Bakı, 20 yanvar, AZƏRTAC 

Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının beşinci turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, beş turun nəticəsinə görə İsmayıl Şahəliyev və Ülvi Bacarani 4 xalla turnir cədvəlinə başçılıq edirlər. Liderlərdən cəmi yarım xal geridə olan Fərid Zeynalov isə üçüncü pillədə qərarlaşıb.
Yarış İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.
Turnirə yanvarın 24-də yekun vurulacaq.

İdman 2019-01-20 23:55:00