×
A
A
A
Sazlamalar

Litva portalında Azərbaycanda və bu ölkədə törədilmiş faciəli yanvar hadisələri arasındakı oxşarlıqdan bəhs olunub

Vilnüs, 20 yanvar, AZƏRTAC
Litvanın slaptai.lt portalındakı məqalədə 1990-cı ildə Azərbaycanda və bir il sonra bu ölkədə baş verən faciəli yanvar hadisələri arasındakı oxşarlıqdan bəhs olunub. Gintaras Visoskasın müəllifi olduğu məqalədə hər iki tarixin Kremlin ssenarisi əsasında baş verdiyi vurğulanır.
AZƏRTAC xəbər verir ki, məqalədə Litvanın ilk prezidenti Vitautas Landsberqisin o zaman SSRİ rəhbəri olan Mixail Qorbaçova qarşı cinayət işinin açılmamasından olan narazılığı haqlı hesab edilir. Bildirilir ki, Mixail Qorbaçova qarşı cinayət təqibinin daha əsaslı həyata keçirmək üçün yalnız Litvada baş vermiş 13 yanvar hadisələri deyil, həm də 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda baş vermiş faciəvi hadisələr də diqqətdə saxlanılmalıdır.
Daha sonra yazıda 20 yanvar hadisəsi haqqında oxuculara məlumat verilir. Məqalə ilə ətraflı bu linkdən - https://slaptai.lt/gintaras-visockas-sausio-20-oji-ir-sausio-13-oji-tas-pats-kremliaus-braizas/  tanış ola bilərsiniz.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs

20 yanvar 2019-01-20 21:00:00