×
A
A
A
Sazlamalar

Gənc nəsil öz qəhrəmanlarını tanımalı, onları heç vaxt unutmamalıdır

Bakı, 20 yanvar, Leyla Qurbanova, AZƏRTAC 

Bu gün komanda yoldaşlarım və məşqçilərimizlə birgə 20 Yanvar şəhidlərimizin məzarlarını ziyarət etdik. 20 Yanvar faciəsinin baş verdiyi gün uşaq, qoca, qadın demədən xalqımıza divan tutulub. Onlar müstəqilliyimiz uğrunda şəhid olublar. Bu gün müasir, müstəqil Azərbaycan dünyanın sürətlə inkişaf edən və ən gözəl ölkələrindən birinə çevrilib. Şəhidlərimiz Azərbaycanı bu cür müstəqil və firavan görmək istəyiblər.
Bu sözləri yanvarın 20-də qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət edən “Təhsil” İdman Mərkəzinin cüdoçusu, 202 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Elşən Ağəliyev deyib. Bildirib ki, təkcə 20 yanvar günü deyil, digər vaxtlarda da Şəhidlər xiyabanını ziyarət edir: “Düşünürəm ki, gənc nəsil öz qəhrəmanlarını tanımalı, onları heç vaxt unutmamalıdır. Buraya təkcə bu gün deyil, həmişə gəlmək lazımdır. Şəhidlərimizin qəhrəmanlığı, vətənsevərliyi bizim üçün nümunə olmalıdır. Hazırda torpaqlarımız düşmən tapdağı altında olsa da, onun tezliklə azad ediləcəyinə inanırıq”.

20 yanvar 2019-01-20 14:56:00