×
A
A
A
Sazlamalar

20 Yanvar xalqımızın yaddaşında silinməz izlər qoyub

Bakı, 20 yanvar, AZƏRTAC

20 Yanvar xalqımızın yaddaşında silinməz izlər qoyub.
Bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edən Laçın rayonundan olan məcburi köçkün Tahir Hüseynov AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, 20 Yanvar hadisələri zamanı Azərbaycanın azadlığı uğrunda mübarizə aparan xalqımızın övladları amansızcasına qətlə yetirilib. Bunun davamı isə rayonların işğalı ilə yekunlaşdı. Lakin millət olaraq mübarizə ruhumuzu itirməməli, torpaqlarımızı düşmən işğalından azad etməliyik.
T.Hüseynov qeyd edib ki, torpaqlarından didərgin düşdükdən sonra Bakıya gəlib və artıq 26 ildir Şəhidlər xiyabanını ailəsi, nəvələri ilə birlikdə ziyarət edir. O, nəvələrini milli ruhda yetişdirdiyini, Azərbaycanın mübarizə tarixini onlara aşıladığını deyib.

 

20 yanvar 2019-01-20 14:47:00