Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan Alpaqut Federasiyasının kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

Bakı, 20 yanvar, AZƏRTAC 

Azərbaycan Alpaqut Federasiyasının kollektivi - rəhbərliyi, məşqçi heyəti və idmançılar yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edib, burada uyuyan şəhidlərin məzarları üstünə tər gül dəstələri qoyublar.
AZƏRTAC xəbər verir ki, federasiyanın prezidenti Qüdrət Nuriyev 20 Yanvar şəhidlərinin xatirəsinin xalqımız üçün çox əziz olduğunu vurğulayıb. O deyib: “Bu gün burada, demək olar ki, əksər gənc idmançılarımız iştirak edirlər. Ümumiyyətlə, gənclərimiz Azərbaycanın müstəqilliyinin qədrini bilməlidirlər. Şəhidlərimiz məhz bu gün uğrunda mübarizə aparıblar. Onlar Vətən yolunda canlarını belə qurban veriblər. Hər bir azərbaycanlı Vətəni, xalqını müdafiə etməyə hazır olmalıdır”.

20 yanvar 2019-01-20 14:43:00