Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Biz tələbələr şəhidlərin uca qəhrəmanlığını özümüzə örnək götürməliyik

Bakı, 20 yanvar, AZƏRTAC

Bu gün buraya gəlməkdə əsas məqsədimiz şəhidlərimizin əziz xatirəsini yad etməkdir. Biz başa düşürük ki, bugünkü müstəqilliyimizi və azad olmağımızı onlara borcluyuq. Biz tələbələr şəhidlərin uca qəhrəmanlığını özümüzə örnək götürməliyik.
Bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarətə gələn Azərbaycan Dillər Universitetinin birinci kurs tələbəsi Seyidxanım Abbasova AZƏRTAC-a müsahibəsində deyib.
S.Abbasova bildirib ki, 20 Yanvar faciəsi tariximizə qanlı hərflərlə yazılıb. Şəhidlərin qəhrəmanlığı heç vaxt unudulmayacaq: “Vətən, torpaq yolunda şəhid olmaq şərəflidir. Mən də bu gün Şəhidlər xiyabanını ziyarət edirəm, şəhidlərin xatirəsini anıram. Bu, hər birimizin vətəndaşlıq borcudur”.

 

20 yanvar 2019-01-20 14:34:00