×
A
A
A
Sazlamalar

Erkan Özoral: 20 Yanvar Azərbaycanın müstəqillik yolunda vacib dönüş nöqtəsidir

Bakı, 20 yanvar, Elvin Camalov, AZƏRTAC

20 Yanvar Azərbaycanın müstəqillik yolunda vacib dönüş nöqtəsidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 20 Yanvar Azərbaycan tarixinə yazılan çox önəmli bir gündür. 29 il bundan əvvəl xalqın övladları azadlıqları uğrunda şəhid olub. 20 Yanvar Azərbaycanın müstəqillik yolunda vacib bir dönüş nöqtəsidir.
Səfir qeyd edib ki, bu günü həm Azərbaycan xalqı, həm də bütün türk dünyası milli qürur günü kimi qeyd etməlidir.

20 yanvar 2019-01-20 14:32:00