×
A
A
A
Sazlamalar

Nübar Novruzova: Şəhidlərimizin əziz xatirəsi daim hörmətlə anılacaq

Bakı, 20 yanvar, Pərvanə Rəhimova, AZƏRTAC

Şəhidlərimizin əziz xatirəsi daim hörmətlə anılacaq.
Bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətə gələn Xalq artisti Nübar Novruzova AZƏRTAC-a müsahibəsində deyib.
“20 Yanvar faciəsi baş verən illərində mən tələbə olmuşam və o günləri yaxşı xatırlayıram. Yanvarın 20-si eşitdim ki, tanklar bacımın yaşadığı evi gülləyə tutub və ailəmdən xəbər öyrənmək üçün küçəyə çıxdım. O dövrdə “Xəzər” kinoteatrının yaxınlığında tanklar dayanmışdı, yerlərdə şəhidlərimizin cəsədləri var idi. Mən hələ də inana bilmirəm ki, o canilər məni sağ buraxdı. O illər çox ağlayırdım ki, xalqımız belə faciə ilə üzləşdi, lakin bu günləri görüb deyirəm ki, biz çox xoşbəxt xalqıq ki, belə qəhrəman oğullarımız var”, - deyə N.Novruzova bildirib.
Xalq artisti 20 Yanvar hadisələrində tanıdığı və qohumları arasında da şəhidlərin çox olduğunu deyib: “Azərbaycan xalqı çox qəhrəman xalqdır. Bu gün burada toplaşan insanlar bir daha sübüt edir ki, şəhidlərimizin əziz xatirəsi daim hörmətlə anılacaq. Allah onlara rəhmət eləsin”.

 

20 yanvar 2019-01-20 14:29:00