×
A
A
A
Sazlamalar

Meksikada neft boru kəmərində baş vermiş partlayış nəticəsində ölənlərin sayı artır VİDEO

Bakı, 20 yanvar, AZƏRTAC

Meksikanın İdalqo ştatında neft boru kəmərində baş vermiş partlayış nəticəsində həlak olanların sayı artaraq 76 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə El Universal qəzeti ştatın hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Yaralıların bəziləri ağır vəziyyətdə olduğundan ölü sayının artması istisna edilmir.
Xatırladaq ki, yanvarın 18-də axşam saatlarında İdalqo ştatındakı iri neft kəmərində güclü partlayış olub, sonra yanğın başlayıb. Hadisə boru kəmərinin qanunsuz kəsilmiş yerində yanacaq yığmaq üçün çoxsaylı insanların toplaşdığı vaxt baş verib. Faciə ilə əlaqədar ölkədə fövqəladə hallar üzrə milli komissiya işə başlayıb.
ABŞ-ın daxili təhlükəsizlik naziri Kristen Nilsen faciənin nəticələrinin aradan qaldırılmasında ölkəsinin Meksika hökumətinə lazım olan bütün dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Dünya 2019-01-20 14:26:00

Video