×
A
A
A
Sazlamalar

Əmrulla Məmmədov: Azərbaycanın qüdrətli dövlətə çevrilməsi şəhidlərimizin ruhuna ən böyük ehtiramdır

Ankara, 20 yanvar, AZƏRTAC
Azərbaycan müstəqilliyinin əldə olunması və qüdrətli dövlətə çevrilməsi şəhidlərimizin ruhuna göstərilən ən böyük hörmət və ehtiramdır.
Bu fikri AZƏRTAC-a açıqlamasında Bilkənt Universitetinin professoru Əmrulla Məmmədov qeyd edib.
O bildirib ki, dövlət müstəqilliyi hər bir xalqın milli sərvətidir. 1990-cı il 20 yanvar hadisələri zamanı Azərbaycan xalqı şüurlu şəkildə küçə və meydanlara axışıb öz haqqını tələb edirdi. İnsanlar qorxmadan, çəkinmədən azadlıq yoluna çıxmışdılar. Şəhidlər öz qanları hesabına Vətənimizə qarşı düşmənçilik edən irticanı ifşa etdilər. Qəhrəman övladlarımızın qanı yerdə qalmadı. Azərbaycan müstəqilliyini qazandı, qorudu və dünyada öz layiqli yerinə sahib oldu.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

20 yanvar 2019-01-20 14:23:00