×
A
A
A
Sazlamalar

Qanlı Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı Daşkənddə anım tədbiri keçirilib

Daşkənd, 20 yanvar, АZƏRTAC
Daşkənddə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhidlərin ruhuna dualar oxunub.
Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov 20 Yanvar faciəsi haqqında danışaraq həmin gecə keçmiş sovet ordusunun əsgərləri tərəfindən Bakı küçələrində törədilən vəhşiliklər haqqında məlumat verib. Qeyd edib ki, xalqımız 20 Yanvar faciəsini heç vaxt unutmayacaq. Həmin gün mərd oğul və qızlarımız şəhid olsalar da, xalqımız daha da mətinləşdi, onun mübarizə əzmi daha da möhkəmləndi.
Sonra diasporumuzun üzvlərindən Mobil Məmmədov, Ramazan Cabbarov, İsmayıl Məmmədov, Yusif Hüseynov və başqaları çıxış edərək faciədən bir gün sonra ulu öndər Heydər Əliyevin Moskvada mətbuat konfransı keçirərək bu hadisələrə kəskin etiraz etdiyini bildiriblər. Vurğulanıb ki, Heydər Əliyev xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verib.
Tədbirdə səfirliyin birinci katibi İlyas Məmmədov da iştirak edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

20 yanvar 2019-01-20 14:10:00