Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Şəhidlərimiz qəlbimizdə yaşayır

Bakı, 20 yanvar, AZƏRTAC 

20 Yanvar günü bizim müqəddəs, unudulmaz günümüzdür. Şəhidlərimiz bizim qəlbimizdə yaşayır. Şəhidlərimiz olmasaydı xalqımız azadlığına qovuşmazdı. Mənim də yaxın qohumlarından biri 20 Yanvar hadisələri zamanı şəhid olub. Həmin hadisələr zamanı mən burada çoxlu cəsədlər görmüşdüm.
Bu sözləri Yasamal rayonundakı 20 Yanvar meydanında faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edən, uzun müddət dəmiryolçu işləmiş Rza Mahmudov AZƏRTAC-a müsahibəsində söyləyib.
O bildirib ki, biz şəhidlərimizin sayəsində müstəqilliyimizə nail olduq. Onlar, Vətən, xalq üçün canlarını qurban verdilər. Allah bütün şəhidlərimizə rəhmət etsin.
Rza Mahmudov qeyd edib ki, hər bir azərbaycanlı canını Vətən yolunda, onun azadlığı uğrunda fəda etmiş şəhidlərimizin xatirəsini uca tutur. Şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq. Bu gün xalqımızın axın etdiyi Şəhidlər xiyabanı hər zaman müqəddəs ziyarət məkanı kimi tanınacaq.

20 yanvar 2019-01-20 13:57:00