×
A
A
A
Sazlamalar

Azərbaycanın elektrik enerjisi ixracı artıb

Bakı, 20 yanvar, AZƏRTAC

Keçən il Azərbaycan elektrik enerjisi ixracını artırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yaydığı hesabatda deyilir.
Bildirilir ki, 2018-ci ildə ölkə üzrə elektrik enerjisinin ixracı 1 milyard 447,7 milyon kilovat/saat olmaqla 2017-ci illə (1,28 milyard kilovat/saat) müqayisədə 165,2 milyon kilovat/saat artıb. İl ərzində elektrik enerjisi idxalı isə 131,1 milyon kilovat/saat olmaqla əvvəlki illə (107,8 milyon kilovat/saat) müqayisədə 23,3 milyon kilovat/saat çoxalıb.
İxrac olunan 1,44 milyon kilovat/saat elektrik enerjisinin 80,3 milyon kilovat/saatı İranın, 13,45 milyon kilovat/saatı Türkiyə-Gürcüstan tranzitinin, 121,5 milyon kilovat/saatı Rusiyanın, 1,23 milyard kilovat/saatı isə Gürcüstanın payına düşüb.
Ötən il ümumilikdə 131,1 milyon kilovat/saat elektrik enerjisinin 32 milyon kilovat/saatı İrandan, 76 milyon kilovat/saatı Rusiyadan, 23,1 milyon kilovat/saatı Gürcüstandan idxal edilib.

 

Energetika 2019-01-20 13:22:00