×
A
A
A
Sazlamalar

20 Yanvar xalqımızın öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir

Bakı, 20 yanvar, AZƏRTAC

Azərbaycan xalqının qürur ünvanına çevrilmiş 20 Yanvar hadisələrindən 29 il ötür. Şəhidlərimizin mübarizə əzmi bizə müstəqilliyimizi bəxş edib.
Bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edən fəal gənc Mikayıl Mirzəzadə AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, Qanlı Yanvar günlərində Azərbaycanın azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı qırğın törədilib. 1990-cı il yanvarın 20-də baş verən faciəli hadisələr sovet imperiyasının xalqımıza qarşı törətdiyi amansız cinayət idi. Həmin gün dinc insanlar amansızlıqla qətlə yetirilib, ailələr başsız qalıb, minlərlə insan yaralanıb. İyirmi Yanvar xalqımızın öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin rəmzi olduğunu bildirən M.Mirzəzadə bu hadisənin bəşəriyyətə qarşı törədilmiş ən qanlı terror aktlarından biri olduğunu vurğulayıb.

20 yanvar 2019-01-20 13:14:00