×
A
A
A
Sazlamalar

Aprel döyüşlərinin iştirakçısı: Vətən uğrunda şəhid olmağa həmişə hazıram

Bakı, 20 yanvar, Leyla Qurbanova, AZƏRTAC 

Şəhidlər xiyabanını tez-tez ziyarət edirəm. Şəhidlərimizin uyuduğu bu məkan xalqımız üçün müqəddəsdir. Çünki onlar Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını qurban veriblər.
Bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edən Aprel döyüşlərinin iştirakçısı Anar Ağayev AZƏRTAC-a müsahibəsində deyib.
“1990-cı ilin Qanlı Yanvar günündən atam həmişə ürəkağrısı ilə danışardı. Həmin gün o, dayısı ilə birgə yaşadıqları evin həyətində olublar. Dayısı düşmən gülləsindən həyatını itirmiş, o isə sağ qalmışdı”, - deyə o bildirib.
Anar Ağayev şanlı Aprel döyüşlərində iştirak etdiyini və bundan qürur duyduğunu deyib: “Vətən yolunda şəhid olmağa həmişə hazıram. Hərbi xidmətdə olarkən Aprel döyüşlərində iştirak etdim və bununla qürur duyuram. Həmin döyüşlər zamanı Azərbaycan Ordusu gücünü bütün dünyaya göstərdi. Ermənistan və onun havadarları başa düşdülər ki, torpaqlarımızı işğal altında saxlamaq gücündə deyillər. Biz inanırıq ki, torpaqlarımız tezliklə düşmən tapdağından azad ediləcək”.

20 yanvar 2019-01-20 13:05:00