×
A
A
A
Sazlamalar

Praqalı şəxs Yan Palaxın hərəkətini təkrarlayıb

Praqa, 20 yanvar, AZƏRTAC
Yanvarın 19-da Praqanın Vatslav meydanında üzərinə yanacaq tökərək özünü yandıran kişinin vəziyyəti əvvəlki kimi kiritikdir.
AZƏRTAC Çexiya paytaxtında yerləşən “Korolevskiye Vinoqradı” Fakültə Xəstəxanasının mətbuat xidmətinə istinadla xəbər verir ki, intensiv terapiya şöbəsinə yerləşdirilən 54 yaşlı pasiyentin vəziyyəti ağırdır. Bildirilir ki, bazar ertəsinədək xəstəxana medikamentoz komalı pasiyentin vəziyyəti barədə ətraflı məlumat verə bilməyəcək.
Həmin şəxs Yan Palaxa həsr edilən sərginin keçirildiyi yerdə özünü yandırmağa cəhd edib. Yoldan ötənlər onun üzərinə geyimlər ataraq, həmçinin qonşuluqda yerləşən kafedən yanğınsöndürən balon götürərək alovu söndürüblər.
Hadisə şahidləri bildiriblər ki, özünü yandırmazdan əvvəl əlində lövhəcik tutaraq nə isə danışan zərərçəkən əsasən üz və əl nahiyələrindən xəsarətlər alıb.
Praqanın birinci rayonunun sədr müavini Petr Geymin deyib ki, bu əməl siyasi cəhətdən əsaslandırılmayıb.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Dünya 2019-01-20 13:04:00