×
A
A
A
Sazlamalar

O gecə rayonlarda yaşayanlar Bakıda nə baş verdiyindən xəbər tuta bilmirdilər

Bakı, 20 yanvar, AZƏRTAC 

Qanlı Yanvar faciəsi törədilən zaman Azərbaycan informasiya blokadasına salınmışdı. Radio, televiziya susdurulmuş, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə nəinki xarici ölkələrdə, hətta rayonlarda yaşayanlar belə Bakıda nə baş verdiyindən xəbər tuta bilmirdilər. Belə ağır vəziyyətdə Azərbaycan xalqına qarşı törədilən bu qanlı cinayəti ilk dəfə dünyaya bəyan edən ümummilli lider Heydər Əliyev oldu. O, böyük cəsarət və siyasi iradə nümayiş etdirərək yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirdi, 20 Yanvar faciəsinin mahiyyətini açıqladı.
Bu sözləri Şəhidlər xiyabanına ziyarətə gələn Füzuli rayon sakini Məşuqə Məmmədova AZƏRTAC-a müsahibəsində deyib.
Hər il Şəhidlər xiyabanını ziyarət edən M.Məmmədova bildirib ki, Azərbaycanın istiqlalı uğrunda canlarını qurban vermiş Vətən övladları şəhidlik zirvəsinə ucalmaqla 20 Yanvarı şərəf və ləyaqət tarixinə çevirdilər. Şəhidlərimiz hər bir azərbaycanlının ürəyində özlərinə əbədi abidə ucaltdılar. Bu gün Şəhidlər xiyabanında yanan əbədi məşəl məhz şəhidlərin ruhuna xalqımız tərəfindən olan ehtiramın nümunəsidir.

20 yanvar 2019-01-20 12:51:00