Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Xalqımız azadlıq mücahidlərini heç vaxt unutmayacaq

Bakı, 20 yanvar, AZƏRTAC 

20 Yanvar Azərbaycanın tarixinə əbədi həkk olunmuş bir gündür. Bu fikirləri yanvarın 20-də Şəhidlər xiyabanına ziyarətə gələn “Qızıl əlcək” İdman Klubunun gənc üzvü Ağasəlim Mustafazadə AZƏRTAC-a müsahibəsində deyib.
Ağasəlim Mustafazadə bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet imperiyasının əsasən ermənilərdən təşkil olunmuş ordu birləşmələri tərəfindən öz müstəqilliyinə, azadlığına qovuşmaq istəyən yüzlərlə günahsız insan - qadın, qoca və uşaq vəhşicəsinə qətlə yetirilib. Azərbaycanın vətənpərvər övladları özlərini tankın, zirehli maşınların qarşısına ataraq, şəhidlik zirvəsinə ucalıblar. Həmin hadisələr yaddaşımızda daim qalacaq. İllər ötsə də, xalqımız azadlıq mücahidlərini heç vaxt unutmayacaq.

20 yanvar 2019-01-20 12:45:00