×
A
A
A
Sazlamalar

Şəhidlərimizin xatirəsi hər zaman ehtiramla anılacaq

Bakı, 20 yanvar, AZƏRTAC
Azərbaycan xalqının tarixinə qanla yazılmış 1990-cı ilin 20 Yanvar hadisələrindən 29 il ötür. Şəhidlərimizin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb, xalqımızın yaddaşına əbədi həkk olunub. Şəhidlər xiyabanı bizim üçün müqəddəs and yerinə çevrilib. Mən hər il gəlib şəhidlərimizin məzarlarını ziyarət etməyi özümə borc bilirəm. Onların xatirəsi hər zaman ehtiramla anılacaq.
Bu sözləri Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən oğul və qızlarımızın əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gələn Bakı Dövlət Universitetinin müəllimi Xaliq Bayramov AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, 20 Yanvar Azərbaycanı müstəqilliyə aparan yolun danılmaz səhifəsidir. Ölkədə milli azadlıq hərəkatını boğmaq məqsədilə sovet rəhbərliyi tərəfindən Bakıya yeridilən ordu dinc əhalini atəşə tutub, yüzlərlə insan şəhid olub və yaralanıb. Allah şəhidlərimizə rəhmət eləsin!

20 yanvar 2019-01-20 12:10:00