×
A
A
A
Sazlamalar

Sükut dəqiqəsi VİDEO

Bakı, 20 yanvar, AZƏRTAC

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilib, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.
AZƏRTAC xəbər verir ki, Qanlı Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planına uyğun olaraq, respublikanın bütün şəhər və rayonlarında, kənd və qəsəbələrində, idarə və təşkilatlarında 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilib.
Paytaxt ictimaiyyəti, yüz minlərlə sakin yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edib, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə al qərənfillər düzüblər.

 

20 yanvar 2019-01-20 12:01:00

Video