×
A
A
A
Sazlamalar

Şimali Kiprin ADA televiziyası 20 Yanvar hadisələrindən bəhs edən xüsusi buraxılış yayımlayıb

Ankara, 20 yanvar, AZƏRTAC
Şimali Kiprdə fəaliyyət göstərən nüfuzlu ADA televiziya kanalında Qanlı Yanvar hadisələrinin 29-cu ildönümü ilə bağlı xüsusi proqram yayımlanıb.
AZƏRTAC xəbər verir ki, tanınmış telejurnalist Cüneyt Orucun təqdim etdiyi proqramda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilən hərbi cinayət barədə türkdilli oxuculara geniş məlumat verilib.
Verilişin qonağı Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu Azərbaycan xalqına qarşı törədilən hərbi cinayətin səbəb və məqsədləri barədə tamaşaçıları məlumatlandırıb, aparıcının suallarını cavablandırıb.
Orxan Həsənoğlu diqqətə çatdırıb ki, 20 Yanvar hadisələri Azərbaycanın şərəf tarixidir. Sovetlər birliyinin son illərində xalq təcavüzkar Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarına etiraz olaraq küçə və meydanlara axışıb. Lakin keçmiş SSRİ rəhbərliyi bütün bu proseslərin əsl səbəbini araşdırıb ədalətli çıxış yolu tapmaq əvəzinə Azərbaycana qarşı hərbi güc tətbiq edib. 20 Yanvar cinayətindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyevin xalqımızın etiraz səsini bütün dünyaya çatdırıb.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

20 yanvar 2019-01-20 02:27:00