Bakıda kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında dördüncü turun oyunları keçirilib
Bakı, 19 yanvar, AZƏRTAC
Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının dördüncü turunun oyunları yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, dörd turun nəticəsinə görə Muradil Məhəmməd, Nail Bəşirli, Ülvi Bacarani və İsmayıl Şahəliyev 3 xalla turnir cədvəlində 1-4-cü yerləri bölüşürlər.
İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət ölkə çempionatında beynəlxalq qrossmeysterlər, idman ustaları, dünya və Avropa çempionatlarının mükafatçıları, 16, 18 və 20 yaşlılar arasında ölkə çempionları, ötənilki Azərbaycan birinciliyinin üç mükafatçısı, 2018-ci ildə birinci dəstənin iki qalibi və bu il yanvarın 1-nə əmsalı 2300-dən yuxarı olan şahmatçılar mübarizə aparırlar.
Yarış yanvarın 24-də başa çatacaq.
UEFA Avropa Liqası: "Fənərbaxça" turnirdə mübarizəni dayandırıb
Futzal üzrə Azərbaycan millisi Türkiyə yığması ilə yoldaşlıq oyunu keçirib
Yeniyetmələrin Azərbaycan çempionatına yekun vurulub
Bakıda Olimpiya mədəniyyəti və təhsil proqramının təqdimatı keçirilib