×
A
A
A
Sazlamalar

“Tata Steel Masters 2019”: Teymur Rəcəbov qalib gəlib, Şəhriyar Məmmədyarov heç-heçə edib

Bakı, 19 yanvar, AZƏRTAC 

Yanvarın 19-da ənənəvi “Tata Steel Masters 2019” şahmat turnirinin yeddinci turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən növbəti turda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun macarıstanlı Rixard Rapporta qarşı oyununda heç-heçə qeydə alınıb.
Digər təmsilçimiz Teymur Rəcəbov isə hindistanlı Santoş Viditi məğlub edərək aktivinə 1 xal yazdırıb.
Yeddi turun yekununda Ş.Məmmədyarov 3,5, T.Rəcəbov 4 xal toplayıb.

İdman 2019-01-19 20:40:00