Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan Dövlət Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub

Bakı, 19 yanvar, AZƏRTAC

Yanvarın 19-da M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Filarmoniyanın birgə təşkilatçılığı ilə keçirilən tədbir faciənin 29-cu ildönümü münasibətilə təşkil olunmuş silsilə tədbirlər çərçivəsində reallaşıb.
Əvvəlcə faciə zamanı ölkəmizin azadlığı uğurunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir vətənpərvərlik ruhunda bəstələnmiş əsərlərin səsləndiyi bədii kompozisiya ilə davam edib.
Tədbir çərçivəsində Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan Dövlət Xor Kapellası da çıxış edib.

Mədəniyyət 2019-01-19 20:16:00