×
A
A
A
Sazlamalar

Türkiyədə hərbi helikopter qəza enişi edib

Ankara, 19 yanvar, AZƏRTAC 

Ankara-Samsun marşrutu ilə uçan “Sikorsky” tipli hərbi helikopter qəza enişi etmək məcburiyyətində qalıb.
AZƏRTAC xəbər verir ki, buna səbəb havadakı qatı duman olub. Göyərtəsində 2 pilot və 5 hərbçi olan helikopter Çorum vilayətinin Sungurlu rayonu ərazisində yerə enib. Ərazidə təhlükəsizlik tədbirləri görülüb.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2019-01-19 19:58:00