×
A
A
A
Sazlamalar

Ronaldu Meyvezerlə olan fotoşəkli barədə: Çempionlar!

Bakı, 19 yanvar, AZƏRTAC
“Yuventus” komandasının və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu özünün “Instagram” səhifəsində məşhur amerikalı boksçu Floyd Meyvezerlə birgə fotosunu yayıb. Futbolçu şəklə “Çempionlar!” şərhini yazıb.
AZƏRTAC xəbər verir ki, İtaliya Superkuboku uğrunda “Milan”la (1:0) oyundakı qələbədən sonra Meyvezer “Yuventus”un soyunub-geyinmə otağına gəlib. Floyd turinliləri qələbə münasibətilə təbrik edib, komandanın bəzi oyunçuları və qazanılan qənimətlə birgə şəkil çəkdirib.
İtaliya Superkuboku Ronaldu üçün “Yuventus”da qazandığı ilk qənimət olub. Portuqaliyalı 5 dəfə “Qızıl top” mükafatının, eyni sayda Çempionlar Liqasının qalibi olub. O, həmçinin Portuqaliya yığmasının tərkibində 2016-cı ildə Avropa çempionu adını qazanıb.
Floyd Meyvezer yarımorta çəki dərəcəsi kateqoriyasında məğlubedilməz boksçudur.

İdman 2019-01-19 19:17:00