×
A
A
A
Sazlamalar

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Bakı, 19 yanvar, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi anılıb.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İİTKM-in icraçı direktoru Vüsal Qasımlı milli tariximizin qəhrəmanlıq səhifələrindən biri kimi qiymətləndirilən 20 Yanvar faciəsinə ilk siyasi qiymətin ümummilli lider Heydər Əliyevin verdiyini deyib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi bu faciənin ildönümü hər il xüsusi qeyd olunur, Azərbaycanın müstəqilliyi uğrunda həlak olan şəhidlərin ruhu ehtiramla yad edilir, ailələrinə xüsusi diqqət və qayğı göstərilir.

Qan yaddaşı 2019-01-19 19:01:00