×
A
A
A
Sazlamalar

AZƏRTAC-ın təşəbbüsü ilə Tbilisidə 20 Yanvar faciəsinə həsr olunmuş fotosərgi açılıb

Tbilisi, 19 yanvar, AZƏRTAC

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş fotosərgi açılıb.
AZƏRTAC-ın təşəbbüsü və muzeylə birgə təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə təşkil olunan sərgidə 20 Yanvar hadisələrini əks etdirən fotolar nümayiş etdirilir.
Səfirliyin əməkdaşları, Gürcüstanın müxtəlif universitetlərində təhsil alan tələbələr, gürcü ictimaiyyətinin nümayəndələri və bu ölkədə yaşayan soydaşlarımız sərgidə nümayiş etdirilən fotoşəkillər vasitəsilə Qanlı Yanvar faciəsinin acı nəticələri ilə bir daha tanış olub, bu vəhşiliyi törədənləri pisləyiblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

20 yanvar 2019-01-19 18:59:00