Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Maliyyə Nazirliyində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı, 19 yanvar, AZƏRTAC
Maliyyə Nazirliyində 20 Yanvar hadisələrinin 29-cu ildönümünə həsr olunan anım mərasimi keçirilib. Əvvəlcə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə 20 Yanvar faciəsinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğu diqqətə çatdırılıb. Sovet ordusu əsgərlərinin Bakıda törətdiyi bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilmiş cinayət olduğu, doğma Azərbaycanımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin hər zaman uca tutulacağı vurğulanıb.
Qeyd olunub ki, o vaxt bu hadisələrə ümummilli lider Heydər Əliyev sərt münasibət bildirərək ölkəmizin haqq səsini ilk dəfə dünyaya çatdırıb. Məhz Ümummilli Liderin qətiyyəti və müdrikliyi sayəsində 20 Yanvar hadisələrinə siyasi qiymət verilib.
Anım mərasimində 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunub.

20 yanvar 2019-01-19 18:41:00