×
A
A
A
Sazlamalar

Türkiyə sərnişin avtobusu aşıb

İstanbul, 19 yanvar, AZƏRTAC
Bartından İstanbula gələn sərnişin avtobusu qəza törədib. Qəza Şimal Marmara avtomobil yolunda baş verib.
AZƏRTAC xəbər verir ki, yol kənarındakı baryerlərə çırpılaraq aşan avtobusda olan 40 sərnişindən 6-sı yaralanıb. Yaralı sərnişinlər ətrafdakı xəstəxanalara yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.


Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-01-19 17:41:00