×
A
A
A
Sazlamalar

Əcnəbi professor-müəllim heyəti ilə bağlı elektron baza yaradılacaq

Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycanın beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb ediləcək əcnəbi professor-müəllim heyəti haqqında məlumatların idarə olunması məqsədilə ali təhsil müəssisələri ilə birgə elektron baza yaradılacaq.
AZƏRTAC xəbər verir ki, elektron baza “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində hazırlanacaq.
Müvafiq Dövlət Proqramında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Azərbaycan Milli Elmlər Akademiyası, tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumları normativ hüquqi aktların hazırlanması üzrə icraçı orqanlar kimi müəyyən edilib.
“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunub.

Elm və təhsil 2019-01-19 17:31:00