×
A
A
A
Sazlamalar

ABŞ senatoru: YPG terror təşkilatı PKK ilə əlaqəlidir

Ankara, 19 yanvar, AZƏRTAC
ABŞ PKK-nı terror təşkilatı kimi tanıyır. YPG-nin siyasi qanadı isə PKK ilə əlaqəlidir.
AZƏRTAC xəbər verir ki, bu fikri ABŞ Konqresinin respublikaçı senatoru Lindsi Qraham Ankarada keçirdiyi mətbuat konfransında bəyan edib.
Türkiyənin ABŞ üçün önəmli bir tərəfdaş olduğunu diqqətə çatdıran senator terrorizmlə mübarizəyə aid fikir və mülahizələrini bölüşüb. O, bildirib ki, Suriya ilə Türkiyə arasında dövlət sərhədi boyunca təhlükəsizlik zolağının yaradılması mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, ABŞ Konqresinin respublikaçı senatoru Lindsi Qraham Türkiyəyə səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu və milli müdafiə naziri Hulusi Akar ilə görüşlər keçirib.


Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Dünya 2019-01-19 17:23:00