×
A
A
A
Sazlamalar

Lerikdə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib

Lerik, 19 yanvar, Bağır Əliyev, AZƏRTAC
Yanvarın 19-da Lerik şəhərindəki “Şəhidlər” abidə kompleksinin önündə 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə kollektivlərinin, ağsaqqalların, ziyalıların və ictimaiyyətin nümayəndələri abidə önünə əklillər və gül dəstələri düzərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad ediblər.
Anım mərasimində Lerik şəhər 3 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Regionlar 2019-01-19 17:17:00