×
A
A
A
Sazlamalar

Misirin valyuta ehtiyatları xeyli artaraq 42,6 milyard dollara çatıb

Qahirə, 19 yanvar, AZƏRTAC

Misirin valyuta ehtiyatları xeyli artıb. 2018-ci il dekabrın sonu üçün olan məlumata görə, bu ehtiyatların həcmi 42,6 milyard dollara çatıb.
AZƏRTAC xəbər verir ki, Misir Nazirlər Kabinetinin mətbuat mərkəzi 2014-2018-ci illərdə ölkənin valyuta ehtiyatlarının artım dinamikası barədə infroqrafika dərc edib.
Qeyd edilir ki, 2014-cü il dekabrın sonunda Misirin valyuta ehtiyatlarının həcmi 15,3 milyard, 2015-ci il dekabrın sonunda 16,4 milyard, 2016-cı il dekabrın sonunda 24,3 milyard, 2017-ci il dekabrın sonunda 37,0 milyard, 2018-ci il dekabrın sonunda 42,6 milyard ABŞ dollarına bərabər olub.

Asya Hacızadə
AZƏRTAC –ın xüsusi müxbiri
Qahirə

Dünya 2019-01-19 16:32:00