×
A
A
A
Sazlamalar

20 Yanvar faciəsi xalqımızın qan yaddaşına həkk olunub

Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) texnologiya və dizayn fakültəsində Qanlı Yanvara həsr olunmuş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, fakültə dekanı, professor Vəkil Hüseynov 29 il əvvəl baş vermiş 20 Yanvar hadisəsinin ağır nəticələrindən danışıb. Vurğulayıb ki, bu faciə xalqımızın qan yaddaşına həkk olunub. Xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarımız 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə misilsiz qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıblar. Müstəqilliyə can atan xalqımız həm də mübarizliyini, əyilməz olduğunu, məğrurluğunu öz qanı bahasına sübut etdi.
Tədbirdə digər çıxış edənlər 20 Yanvar hadisələri ilə bağlı fikirlərini bölüşüblər.

Elm və təhsil 2019-01-19 16:20:00