×
A
A
A
Sazlamalar

Ötən il Dövlət Məşğulluq Xidməti 51,7 min nəfərdən çox işsizi münasib işlə təmin edib

Bakı, 19 yanvar, AZƏRTAC

2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2017-ci ilə nisbətən 8,1 faiz çox olmaqla 51min 774 nəfər işsiz və işaxtaran şəxs münasib işlə təmin edilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, işlə təmin edilənlərin 14 min 700 nəfəri gənclər, 549 nəfəri əlilliyi olan şəxslər, 17 min 879 nəfəri qadınlar, 2 min 686 nəfəri məcburi köçkünlər və başqaları olub.
Ötən il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 2017-ci illə müqayisədə 6,5 dəfə çox olmaqla 7 min 896 nəfər təşkil edib. Onlardan biznes planlarını uğurla müdafiə edən 7267 nəfər proqramın iştirakçısı olub.
Həmin şəxslərdən 1309 nəfərini qadınlar, 1255 nəfərini məcburi köçkünlər, 816 nəfərini ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, 1026 nəfərini gənclər, 158 nəfərini şəhid ailəsi üzvləri, 913 nəfərini əlilliyi olan şəxslər və başqaları təşkil edilib.
Ötən il, həmçinin dövlət məşğulluq orqanları tərəfindən 1022 nəfərin ödənişli ictimai işlərə cəlb edilməsi təmin olunub.

 

Sosial 2019-01-19 16:18:00