×
A
A
A
Sazlamalar

İtaliyada irqçiliyə görə matçların dayandırılması proseduru sadələşdiriləcək

Bakı, 19 yanvar, AZƏRTAC

İtaliya Futbol Federasiyasının prezidenti Qabriyele Qravina bildirib ki, irqçilik hallarına görə matçların dayandırılması proseduru sadələşdiriləcək. Ölkənin daxili işlər naziri Matteo Salvini isə daha əvvəl bildirib ki, oyunların dayandırılması ideyasını “təhlükəli fikir” hesab edir.
AZƏRTAC xəbər verir ki, Q.Qravina deyib: “Mən nazirin rəyinə hörmətlə yanaşıram, lakin federasiya FIFA və UEFA-nın reqlamentlərinə riayət etməlidir. Biz İcraiyyə Komitəsinin növbəti iclasında matçların dayandırılması prosedurunu sadələşdirmək niyyətindəyik”.
“La Gazzetta dello Sport” nəşri Q.Qravinanın bu sözlərini sitat gətirib: “Diktor stadionda müvafiq elanı edəndən sonra matç müvəqqəti dayandırılacaq, oyunçular isə mərkəzi dairəyə toplaşacaqlar. Əgər tamaşaçıların hay-küyü davam etsə, komanda soyunub-geyinmə otağına yollanacaq. Matçın davam etməsi və ya dayandırılması barədə qərar stadionun təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən qəbul ediləcək”.

İdman 2019-01-19 15:43:00