×
A
A
A
Sazlamalar

Mixail Qusmana Rusiya Dövlət Dumasının mükafatı təqdim edilib

Moskva, 19 yanvar, AZƏRTAC 

TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana Rusiya Federasiyası Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və əlaqələr komitəsinin mükafatı təqdim olunub.
AZƏRTAC xəbər verir ki, mükafat Moskva Jurnalistlər İttifaqının Rusiya Mətbuat Günü münasibətilə təşkil etdiyi Mətbuat gecəsində təqdim edilib. Mixail Qusman bu mükafata TASS informasiya agentliyinin səmərəli idarə olunmasına və inkişafına görə layiq görülüb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Cəmiyyət 2019-01-19 14:58:00