×
A
A
A
Sazlamalar

İmişlinin Qızılkənd kəndində yeni məktəb binası tikilir

İmişli, 19 yanvar, Mahir Babayev, AZƏRTAC

Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına İmişlinin Qızılkənd kənd tam orta məktəbi üçün yeni üçmərtəbəli bina inşa olunur. Artıq binanın bünövrəsi tökülüb, hörgü işləri aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, inşa olunan 620 yerlik təhsil ocağında 24 sinif otağı olacaq. Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq. Təhsil ocağı müasir istilik sistemi ilə təchiz ediləcək və burada fənn kabinetləri, laboratoriyalar, yeməkxana, idman və akt zalları, kompüter otaqları fəaliyyət göstərəcək.
Binanın tikintisi yeni dərs ilinədək başa çatdırılacaq.
Qeyd edək ki, hazırda rayonun Aranlı kənd 1 nömrəli tam orta məktəb binasının tikintisi və Muradxanlı kənd ümumi orta məktəbi üçün mobil tipli binanın quraşdırılması da davam etdirilir.

 

Regionlar 2019-01-19 13:53:00