Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

20 Yanvar xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir

Bakı, 19 yanvar, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İnstitutun elmi-işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva 20 Yanvar faciəsinin xronologiyası və nəticələrindən danışıb. Bildirib ki, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. R.Mehdiyeva qeyd edib ki, iyirmi doqquz il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş sözügedən cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır.
Daha sonra professorlar Müslüm Qurbanov və Rəhim Mədətov 20 Yanvar faciəsi haqqında fikirlərini bölüşüblər.
Tədbirdə yeni nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsində örnək olan şəhidlərimizin xatirəsinin hər zaman böyük ehtiramla yad edildiyi vurğulanıb.

Elm və təhsil 2019-01-19 13:32:00