×
A
A
A
Sazlamalar

Hüquq və İnsan Haqları İnstitutunun yeni nəşri: “Aqafangelin “Patmutyun hayots”u: erməni tarixinin iflası”

Bakı, 19 yanvar, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun “Aqafangelin “Patmutyun hayots”u: erməni tarixinin iflası” adlı yeni kitabı nəşr olunub. Kitabın müəllifi politologiya üzrə fəlsəfə doktoru Abbas İslamovdur.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitab erməni ədəbiyyatının klassiklərindən biri olan Aqafangelin əsərinin tənqidi təhlilinə həsr edilib. Aqafangelin əsəri yeganə mənbədir ki, onun əsasında guya 301-ci ildə tarixdə ilk dəfə olaraq xristianlığın mifik “haylar ölkəsi”nin dövlət dini elan edilməsi barədə “hay tarixi” ənənəsinin əfsanəsi yaradılıb.
Kitabda aparılan ətraflı təhlillər sübut edir ki, Aqafangelin əsəri heç bir səhih tarixi informasiyaya malik deyil və cəfəng, xronologiyası olmayan uydurmaların kompilyasından və Bibliyadan edilmiş çoxsaylı plagiatdan ibarətdir. Aqafangelin “Hayların tarixi” əsərinin əsl məzmununun açılması radikal etnik millətçiliyə mübtəla olmuş “hay tarixi” ənənələr nəzəriyyəsinin iflası deməkdir.

Elm və təhsil 2019-01-19 12:56:00