×
A
A
A
Sazlamalar

Gömrükçülər narkotik vasitə aşkarlayıb

Bakı, 19 yanvar, AZƏRTAC

Gömrükçülər narkotik vasitə aşkarlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan “Honda Odyssey” markalı nəqliyyat vasitəsilə gələn həmin ölkə vətəndaşının avtomobilinə gömrük baxışı keçirilib. Baxış zamanı sükanı sağ tərəfdə olan nəqliyyat vasitəsinin ön oturacağının söykənəcəyinin arxa cibində bir ədəd bükülüdə qablaşdırması ilə birlikdə ümumi çəkisi 2 qram narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.

 

Hadisə 2019-01-19 12:16:00