×
A
A
A
Sazlamalar

2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb

Bakı, 19 yanvar, AZƏRTAC

Ötən il Qərb kəməri - Bakı-Supsa boru kəməri ilə 3 milyon 751 min ton neft ötürülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yaydığı hesabatda deyilir.
Bildirilir ki, il ərzində Bakı-Supsa kəməri ilə nəql edilən neft həcmləri Konsorsiuma məxsus olub. 2017-ci illə müqayisədə bu boru kəməri ilə ixracda cüzi azalma müşahidə edilib.

Neft - qaz 2019-01-19 12:13:00