×
A
A
A
Sazlamalar

Keçən il Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə ixrac edilən neftin həcmi açıqlanıb

Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycanın 2018-ci ildə Bakı–Tbilisi–Ceyhan (BTC) neft boru kəməri ilə ixracı çoxalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yaydığı hesabatda deyilir.
Bildirilir ki, il ərzində BTC ilə 27 milyon 332,5 min tonu Konsorsiumun, 119,7 min tonu isə SOCAR-ın olmaqla ümumilikdə 27 milyon 452,2 min ton neft ötürülüb. 2017-ci illə müqayisədə bu boru kəməri ilə konsorsium və SOCAR-ın neft ixracı ümumilikdə 130 min ton artıb.

Neft - qaz 2019-01-19 12:10:00