Serxio Peres: Esteban Okonun bir il Formula 1-dən kənarda qalması onun karyerasına mənfi təsir göstərə bilər
Bakı, 19 yanvar, AZƏRTAC
Fransız pilot Estaben Okon 2019-cu ildə Formula 1 yarışlarında çıxış etməyəcək. Bununla əlaqədar, onun meksikalı həmkarı Serxio Peres Okonun gələcəyi üçün narahat olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Okon 2019-cu ildə “Mercedes” komandasının ehtiyat pilotu olacaq. Peresin fikrincə, fransız pilotun bir il “Kral yürüşləri”ndən kənarda qalması ona ciddi ziyan vura bilər.
“Autosport” Peresin bu sözlərini sitat gətirir: “Şübhəsiz, bu cür fasilə Okona ciddi ziyan vura bilər. Formula 1 yarışları ilbəil inkişaf edir. Gələcəkdə nə olacağını heç vaxt bilmirsən.
Okon “Mercedes”də yaxşı vəzifə alıb. Əlbəttə, onun Formula 1-də iştirak etməyə haqqı var. Okon dünyada ən güclü pilotlardan biridir. Lakin bir il ərzində çox şey dəyişə bilər. Ola bilsin ki, o, qayıdacaq və “Mercedes”in heyətində çıxış edəcək. Lakin işlərin necə gedəcəyini bilmək olmaz”.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir