×
A
A
A
Sazlamalar

Balakəndə sakinlərin qanunsuz saxladıqları silahlar götürülüb

Bakı, 19 yanvar, AZƏRTAC 

Daxili işlər orqanları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, yanvarın 18-də Balakən Rayon Polis Şöbəsinin və Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Katex kənd sakinləri Tural Nürəddinov və Rəhman Afraimovdan müvafiq sənədləri olmayan 16 kalibrli iki ədəd qoşalülə ov tüfəngi aşkarlanaraq götürülüb.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

 

Hadisə 2019-01-19 11:37:00