“Tata Steel Masters 2019”da yeddinci turun oyunlarına start veriləcək
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da ənənəvi “Tata Steel Masters 2019” şahmat turnirinin yeddinci turunun oyunlarına start veriləcək.
AZƏRTAC xəbər verir ki, Hollandiyanın Veyk-an-Zee şəhərində keçiriləcək növbəti turnirdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov macarıstanlı Rixard Rapport, Teymur Rəcəbov hindistanlı Santoş Vidit ilə mübarizə aparacaq.
Bundan əvvəlki turda Ş.Məmmədyarov norveçli Maqnus Karlsenə məğlub olub, T.Rəcəbov isə Çin şahmatçısı Dinq Liren ilə heç-heçə edib. Altı turun yekununa görə, T.Rəcəbov 3, Ş.Məmmədyarov isə 2,5 xal toplayıblar.
Hazırda turnir cədvəlində dördhakimiyyətlilik yaranıb. Yan Nepomnyaşi, Maqnus Karlsen, Dinq Liren, Aniş Giri hərəyə 4 xalla 1-4-cü yerləri bölüşürlər.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir