×
A
A
A
Sazlamalar

Göyçayın Qarabaqqal kəndində uşaq bağçasının inşasına başlanılıb

Göyçay, 19 yanvar, AZƏRTAC 

Göyçay rayonunun Qarabaqqal kəndində yeni körpələr evi-uşaq bağçasının tikintisinə başlanılıb. Körpələr evi-uşaq bağçası 40 yerlikdir. Binada 2 oyun və 2 yataq otağı, mətbəx, sanitar qovşağı və digər yardımçı otaqlar olacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyinin, inşaatçıların iştirakı ilə körpələr evi-uşaq bağçasının inşa olunacağı yerə baxış keçirilib, sonra binanın özülü qazılıb.
Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, bu sahədə Heydər Əliyev Fondunun gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən danışıb, tikintini tezliklə başa çatdırmaq üçün inşaatçılara uğurlar arzulayıb.

Regionlar 2019-01-19 11:32:00