×
A
A
A
Sazlamalar

Cari ildə qlobal neft tələbatı gündəlik 100,7 milyon barrelə çatacaq

Bakı, 19 yanvar, AZƏRTAC
Bu il qlobal neft tələbatının gündəlik 100,7 milyon barrelə yüksələcəyi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Bildirilir ki, cari ildə qlobal neft tələbatı 1 milyon 400 min barrel artaraq sutkalıq orta hesabla 100 milyon 700 min barrel təşkil edəcək.
EIA-ya görə, 2019-cu ildə neftə olan gündəlik tələbatda 35 milyon 600 min barrel ilə Asiya-Sakit okean ölkələri ilk sırada olacaq. Sonrakı yerlərdə isə 32 milyon 200 min barrellə Amerika qitəsi və 15 milyon 200 min barrel ilə Avropa qərarlaşacaq.

Neft - qaz 2019-01-19 11:30:00