×
A
A
A
Sazlamalar

Şəhidlərimizin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq

Bakı, 19 yanvar, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Biofizika İnstitutunda 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə mərasim iştirakçıları respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Biofizika İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədbirdə direktor, AMEA-nın müxbir üzvü Oktay Qasımov həmin günün siyasi mahiyyətindən söz açıb.
İnstitutun innovasiya və transfer üzrə direktor müavini Azad Əbdürəhimov faciə ilə bağlı acı xatirələrini bölüşüb, Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizələrdən danışıb. Qeyd edib ki, 1990-cı ilin Qanlı Yanvar qırğını Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.
Sonda 20 Yanvar faciəsindən bəhs edən slayd nümayiş olunub.

Elm və təhsil 2019-01-19 11:18:00